Rusiyanın müxalifət lideri azadlıqda

  • By admin
  • 07 İyul 2017 23:30

9WJJwpULHoAtjpg
İyunun 12-də Putinə qarşı keçirilən mitinqlərdə saxlanılan “Korrupsiya Qarşı Mübarizə Fondu”nun qurucusu Aleksey Navalnı bu gün sərbəst buraxılıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, həbsdən çıxan Navalnı rəhbəri olduğu təşkilatın binası qarşısında açıqlama verib.

Müxalifət lideri təzyiqlər qarşısında boyun əyməyəcəklərini söyləyib.

Qeyd edək ki, 12 iyunda Putin əleyhinə keçirilən aksiyalarda Moskvada 150, Sankt-Peterburqda isə 500 nəfər saxlanılmışdı.

Gununsesi.info