Rusiyanın yeni “S-500” havadan müdafiə sistemləri Amerikanı qorxuya salıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ mediası Rusiyanın dəhşətli silahları haqqında geniş məqalə yayımlayıb. Belə ki, məqalədə Rusiyanın yeni müdafiə sistemini uzaq məsafədən (təxminən 481 km) sınaqdan keçirməsi və nəticələri haqqında fikirlər qeyd edilib. Belə ki, “S-500” mümkünsüz olanı edərək həmin məsafədən hədəfi dəqiq nişan alaraq məhv edib.
Amerikalı mütəxəssislər göstəriciləri rekord olaraq qiymətləndirib: “Digər müdafiə sistemlərinin atış məsafələri ilə müqayisədə “S-500″-ün bu göstəricisi onlardan 80 km-ə qədər çoxdur”.
Məqalədə eyni zamanda “S-500” müdafiə sistemlərinin potensial təhlükə səviyyəsi zamanında duyma, hədəf və bucaq dərəcəsi ilə bağlı digər raketləri də istifadə etmək qabiliyyətinə malikdir.
Xatırladaq ki, “S-500” hədəfə saniyədə 7 kilometrə qədər sürətlə uçan, səsdən sürətli 10 ballistik raketən daha tez çatır. Həmçinin hipersəsli raketlərinin döyüş bloklarının aşkarlanması və məhv edilməsinə qədər proqramlaşdırılıb. Sistemin radiusu 600 kilometr təşkil edir. “S-500” müdafiə sistemlərinin birinci kompleksləri 2020-ci ildə ordunun istifadəsinə veriləcək.












