Rusiyaya gələn əcnəbilərdən barmaq izi alınacaq

  • By admin
  • 23 Yanvar 2017 09:40

barmaq

“Rusiyaya gələn bütün əcnəbilərin barmaq izi verməsinin məcburi olması ilə bağlı iş aparılır”.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Miqrasiya Xidməti Moskva İdarəsinin sədri Olqa Kirillova belə deyib:

“Biz yeni qanun layihəsi hazırlayırıq, onu parlamentə təqdim edəcəyik.O qanunda hansı dəyişikliklər nəzərdə tutulsa, təbii ki, biz də onu həyata keçirəcəyik”.

Rusiyaya gələn hər kəsin barmaq izi verəcəyini deyən O. Kirillova əlavə edib ki, bu, qanun sadəcə, miqrantlara deyil, bütün əcnəbi vətəndaşlara şamil olunacaq.

Anar

Gununsesi.info