“Rusiyaya qarşı sanksiyalar yalnız problemlərin həllini gecikdirəcək” - İBRAHİM KALIN

  • By admin
  • 20 Fevral 2022 16:37

“Rusiyaya qarşı potensial sanksiyalar Qərbə heç nə gətirməyəcək, ancaq problemlərin həllini gecikdirəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Almaniyanın “Welt” qəzetinə müsahibəsində deyib.

“Rusiyaya qarşı sanksiyalar heç nə gətirməyəcək, onlar yalnız problemlərin həllini təxirə salacaq. Yaxşı olar ki, qarşı tərəfi dinləyək və onun strateji şübhələrini anlayasınız”, – Kalın vurğulayıb.

“Rusiya NATO-nu təhdid kimi qəbul edir”, – qeyd edən nümayəndənin sözlərinə görə, Vladimir Putin Sovet İttifaqının dağılmasından 30 il sonra sərhədləri yenidən çəkmək və strateji ittifaqları yeniləmək istəyir.

“Bizim 21-ci əsrdə yeni çağırışlarımız var, yəni hər iki tərəfin özlərini təhlükəsiz hiss edəcəyi yeni qaydalar və prinsiplər yaratmalıyıq. Bu o demək deyil ki, biz Rusiyadan gələn hər hansı tələbi yerinə yetirməliyik, lakin biz rusiyalıları dinləməliyik”, – Kalın qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin NATO-ya üzv olması Rusiya və Çinlə yaxşı münasibətlər qura bilməyəcəyi anlamına gəlmir.

 

 

Gununsesi.info