“Rusiyaya qarşı “yumşaq siyasət” dövrü bitdi” - Mayk Pompeo

  • By admin
  • 12 Aprel 2018 11:05

Mərkəzi kəşfiyyat idarəsinin sabiq şefi, ABŞ Dövlət katibi postuna namizəd Mayk Pompeo bəyan edib ki, Rusiyanın xarici təcavüzkar siyasətinə qarşı “yumşaq  siyasət” dövrü bitdi.

Gununsesi.info “The Washington Examiner”ə istinadən xəbər verir ki, M. Pompeo  Dövlət katibi vəzifəsinə təyinatı zamanı Senatda gələcək fəaliyyəti və ölkənin xarici siyasəti ilə bağlı tezislərini açıqlayacaq və bu tezis də çıxşında yer alacaq.

“Rusiya onun xarici siyasətindəki aqressiv siyasətə qarşı uzunmüddətli yumşaq siyasətə əsaslanaraq  daha  aqressiv xarici siyasət yürütüməkdə davam edir.  Artıq bu “yumşaq siyasət”ə son qoyuldu”,- deyə Dövlət katibi postuna namizəd bildirib.

M.Pompeo Trampın ABŞ-ın milli təhlükəsizlik strategiyası ilə bağlı yürütdüyü siyasəti düzgün hesab edib: “Administrasiyanın Trampın milli təhlükəsizlik strategiyasında Rusiyanın ABŞ üçün böyük təhlükə yaratması barədə verdiyi mesaj doğru və ədalətlidir”.

O əlavə edib ki, Moskva ilə əvvəlki qarşıdurmalara və gərginliklərə  baxmayaraq bizim Rusiyaya yönəlik  diplomatik səylərimiz davam etdirilməlidir.

Onu da qeyd edək ki, bu gün ABŞ Senatının xarici işlər komitəsində Dövlət katibi postuna namizəd Mayk Pompeonun fəaliyyət proqramı ilə bağlı  dinləmələr keçiriləcək.

 

Gununsesi.info