Ruslar daha Putini dəstəkləmir - ƏHALİNİN YARISINDAN ÇOXU PROBLEMLƏRƏ GÖRƏ PREZİDENTİ QINAYIR

  • Müəllif: admin
  • 23 Noyabr 2018 15:29

Rusiya əhalisinin yarısından çoxu (61%) Vladimir Putinin ölkədə baş verən problemlərə görə tam məsuliyyət daşıdığı düşüncəsindədir.

Gununsesi.org  BBC-yə istyinadən xəbər verir ki, bu rəqəm “Levada- sentr” araşdırma şirkətinin keçirdiyi sorğuda ortaya çıxıb.

Respondentlərin 22%-i Putini yalnız qismən təqsirli hesab edir. 6%-i isə ölkədəki problemlərin “obyektiv şərtlərdən irəli gəldiyini” bildirib.

Müqayisə üçün qeyd olunur ki, keçən il prezidentin tam olaraq məsuliyyət daşıdığını hesab edənlər 55%, 2016-cı ildə isə 52% idi.

Bundan başqa, ən yaxın bazar günündə baş tuta biləcək seçkilərdə Vladimir Putinə səs vemrək istəyən şəxslərin sayında da ciddi azalma var.

Yeni sorğuya görə, respondentlərin 56%-i Pueitini sçekiləd dəstəkyləcəklərni açıqlayıb. Bir il əvvəl isə bu rəqəm 66% civarında olub.

“Levada stentr”in rəhbəri Lev Qudkovun sözlərinə görə, əvvəllər sosioloqlar ölkədəki problemlərlə bağlı məsuliyyətin hakimiyyətin başqa qollarının üzərinə yıxıldığını, prezidentin isə olub-bitənlərdən kənarda tutulduğunu müşahidə edirdilərdisə, indi vəziyyət tamam dəyişib.

“Bu vaxta qədər Putin hər şeyin üzərində dayanırdı. O, sadəcə xarici siyasətə, Rusiyanın beynəlxalq arenadakı nüfuzunun təmin olunmasına, habelə böyük dövlət statusunun geri qaytarılmasına cavabdehlik daşıyrdı. Ona görə də prezident haqqında tənqidlər də az idi. Lakin 2015-ci ildən sonra situasiya dəyişməyə başladı. Çünki həmin vaxtdan vətəndaşların gəlirləri azalmağa, xalqın isə narazılığı artmağa başladı. Bu narazılıq yavaş-yavaş Putinə doğru yönəldi. Pensiya islahatlarından sonra isə həmin tendensiya daha da gücləndi. Çünki Putin özü bununla bağlı bütün məsuliyyəti üzərinə götürdü”,-deyə rusiyalı sosioloq deyib.

Lev Qudkovun rəyinə əsasən, pensiya islahatları bu prosesdə katalizator rolunu oynayıb: “Vətəndaşların baxış bucağından burada sosial ədalətlilik prinsipi pozulub. Hakimiyyət üçün pensiyalar əmək qabiliyyətinin itirilməsinə görə verilən kompensasiyadır. Əhali isə pensiyalara qocalıq üçün yığdıqları və hakimiyyətin əllərindən aldığı pullar olaraq baxır”, – deyə Qudkov məsələni izah edir.

Hələ oktyabrın əvvələrində “Levada sentr”in yaydığı başqa bir sorğuda Vladimir Putinə olan etimadın 2013-cü iln səviyyəsinə endiyi ortaya çıxmışdı. 2017-ci illə müqayisədə prezidentin reytinqı tam 17% geriləyərək Krımın işğalı ərəfəsi olan dövrdəki vəziyyətə gəlib.