Ruslar İstanbulda terror aktı qurbanlarını yad edirlər

  • By admin
  • 29 İyun 2016 16:08

Yad

 

Rusiyanın paytaxtında moskvalılar İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı qurbanlarının xatirəsini yad edir. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhər sakinləri Türkiyənin Rusiyadakı səfirliyinin önünə gül dəstələri qoyurlar. Türkiyənin Rusiyadakı səfirliyinin əməkdaşları diqqətə görə Rusiya paytaxtının sakinlərinə minnətdarlıq ediblər.

Qeyd edək ki, İyunun 30-da Türkiyə səfirliyində terror aktı qurbanlarının xatirəsini anmaq üçün matəm mərasimi keçiriləcək. Mərasimdə 100-dən çox tələbə və ictimai fəalın iştirak edəcəyi bildirilir.

 Gülnaz Qənbərli