ATƏT-in sədri sabah Azərbaycana gəlir

  • By admin
  • 29 İyun 2016 16:15

ATET

 

İyunun 30-da ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana işgüzar səfərə gələcək. Gununsesi.info-ya bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

 

Gülnaz Qənbərli