Ruslar QORXU İÇİNDƏ: ABŞ dəhşət raketlərini Ukraynaya göndərir/FOTO

  • By admin
  • 17 Mart 2022 10:06

Amerikanın “AeroVironment” şirkətinin “Switchblade” idarə olunan raketləri Vaşinqton tərəfindən Kiyevə verilən hərbi yardım paketinə daxil edilib. 

Gununsesi.info xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Nəşr qeyd edib ki, Ukrayna hərbçiləri tərəfindən “Switchblade” raketlərinin istifadəsi Amerika tərəfdən müvafiq təlimat tələb edir və bu, “uzaqdan” həyata keçirilə bilər.

Bundan əvvəl NBC telekanalı məlumat vermişdi ki, ABŞ administrasiyası Ukraynanı “Switchblade” raketləri ilə təchiz etmək imkanını nəzərdən keçirir.

Raket iki versiyada mövcuddur – “Switchblade 300” və “Switchblade 600”. Daha yüngül “Switchblade 300” şəxsi heyətə yüksək dəqiqliklə zərbələr endirmək üçün nəzərdə tutulub, 600 modeli isə tankları və zirehli texnikaları məhv etmək üçün istifadə olunur. NBC-nin verdiyi məlumata görə, onlara “kamikadze dronları” da deyilir.

Xatırladaq ki, Ağ Evdə Vaşinqtonun Kiyevə hərbi yardımı ilə bağlı çıxış edən ABŞ Prezidenti Co Bayden bildirib ki, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar, döyüş sursatları və donlar vermək niyyətindədir. CNN-in qeyd etdiyi kimi, dronlardan danışarkən Amerika lideri “Switchblade” raketlərini nəzərdə tuturdu. Bayden həmçinin bəyan edib ki, ABŞ Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım verəcək və bu həftə onu 1 milyard dollara çatdıracaq.

Gununsesi.info