Bu gün səhər saatlarında Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə atdığı raketlərdən biri uşaq oyun meydançasına düşüb.
Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edək ki, Rusiya səhər saatlarından etibarən paytaxt Kiyev və Ukraynanın 5 vilayətini raket atəşinə tutub. Hadisə nəticəsində çox sayda mülkü sakinin öldüyü bildirilir.
Kiyev şəhərinin meri paytaxt sakinlərini sığınacağa yerləşməyə çağırıb.
Gununsesi.info