Rusların yeni bərpa etdiyi körpü yenidən vuruldu

  • By admin
  • 19 Avqust 2022 18:49

Ukrayna hərbçiləri rusların yenicə təmir etdikləri Kaxovka körpüsünü növbəti dəfə vurublar.

Gununsesi.info  xəbər verir ki, bunu Xerson vilayət administrasiyası rəhbərinin müşaviri Sergey Xlan deyib.

Onun sözlərinə görə, “Cənub” operativ komandanlığı Ukrayna ordusunun işğalçıların Kaxovka körpüsünün təmiri və istifadəsi planlarını məhv etdiyini rəsmən təsdiqləyib.

Qeyd edək ki, həmin körpü bir ay əvvəl Ukrayna hərbçiləri tərəfindən vurulsa da ruslar onu yenidən bərpa edə bilmişdi.

 

Gülnar Məmmədli

Gununsesi.info