Rüstəm Orucov gümüş medal qazandı - YENİLƏNİB

  • Müəllif: admin
  • 30 Avqust 2017 20:26

cudo
Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında final mərhələsinə yüksəlib.

Gununsesi.info-nun məlumatına görə, 73 kq çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov dünya çempionatının yarımfinalında koreyalı idmançı Çanqrim Anı ipponla məğlub edib.

26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşacaq.

***

Yapon idmançı Soiçi Haşimoto təmsilçimizdən güclü olub. R. Orucov “qızıl xal”la uduzaraq gümüş medalla kifayətlənməli olub.

Gununsesi.info