Rüstəm Orucov Zaqrebdə çempion oldu

  • By admin
  • 01 Oktyabr 2017 14:48

rustem-orucov

 

Rüstəm Orucov Zaqrebdə çempion oldu
Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə cüdo üzrə Qran-Pri yarışının qalibi Azərbaycan cüdoçusu Rüstəm Orucov olub.

Gununsesi.info xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub. İdmançımız Zaqrebdə Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.

Xorvatiya Qran-Prisinin qalibi olan cüdoçumuza yarışın qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.

 

Gununsesi.info