Rüştü Rəçbər: “Artıq sənə inanmırıq”

  • By admin
  • 10 Oktyabr 2016 12:59

rustu
Türkiyə yığmasının İslandiya millisinə məğlub olmasını şərh edən Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəçbər futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimi istefaya səsləyib.
Gununsesi.info “Hüriyyet” qəzetinə istinadən xəbər verir ki, “Artıq sənə inanmırıq. Son 3 ildir heç bir şey vermədiyin, Türk futboluna bəlkə də ən yaxşı töhfəni təqaüdçü olaraq verə bilərsən” – deyə, R. Rəçbər bildirib.
“Yenə biriləri çıxıb, bizlər fərqli lətifələr söyləyə bilər. Bəlkə o zaman biz onu dinləyib gülərik. Bəlkə də bu səfər milli komanda da olmadan zərər verdikləri nağılı danışarlar. Biz bu dəfə də bir şeylər anlatacakmış gibi yinə dinləyərik” – deyə, R. Rəçbər sözlərinə əlavə edib.

Anar
Gununsesi.info