Sərhəddə 6800 qutu qanunsuz siqaret aşkarlandı

  • By admin
  • 02 Mart 2017 17:08

siqaret

6800 ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsindəki hər iki qanadların altından gömrük nəzarətindən gizlədilən 6800 ədəd “NZ Gold Compact” markali siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info