Sərxoş turist təyyarəni qana boyadı - FOTO+VİDEO

  • Müəllif: admin
  • 05 İyul 2017 15:48

09

Rusiyanın paytaxtı Moskvadan Antlayaya uçan “Red Wings” hava yollarına məxsus təyyarədə sərxoş turist digər sərnişinlərə qorxulu anlar yaşadıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra normadan artıq spirtli içki qəbul edən turist salonda qışmırmağa və kresloları yumruqlamağa başlayıb.

Belə ki, təyyarə personalı sərxoş turistin yanında oturan sərnişini başqa bir yerə keçirmək məcburiyyətində qalıb.

Sərnişinlərin və pilotun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sərxoş turist sakitləşməyib.

Bütün üzü, paltarları qanla örtülən sərnişinə görə təyyarə yenidən hava limanına geri dönüb. Vəziyyət barədə Antalya hava limanı səlahiyyətlilərinə məlumat verilib.

Qeyd edək ki, onun qarşısında əyləşən digər sərnişin isə həmin anları mobil telefonuna videogörüntü olaraq qeyd edərək sosial şəbəkədə paylaşıb.

https://www.youtube.com/watch?v=B8VQcOyg0_k&feature=youtu.be

Anar

Gununsesi.info