
Səudiyyə Ərəbistanının vəlihədi, müdafiə naziri Mühəmməd bin Salman “Blackwater” şirkəti kimi özünün beş minlik mini ordusunu yaradıb. Hansı ki, “Blackwater” şirkəti özəl orduya malikdir.
Gununsesi.info tass-a istinadən xəbər verir ki, bu ordu hələ 2015-ci ildən formalaşdırılmağa başlayıb.
Vəliəhdin beş minlik ordusu kral qvardiyasının tərkibində yaradılıb və bu ordu birliyi ancaq şahzadəyə tabedir. Bu bardə heç kimin məlumatı olmayıb. Bu ordu qüvvəsi peşəkarlardan təşkil olunub və ciddi hərbi təlimlər keçib. Bu ordu qüvvəsi vəliəhdin və monarxın etibarlı təhlükəsizliyini təmin etməklə məşğuldur.
Bəzi məlumatlara görə, hətta bu ordunun 2017-ci ilin noyabrında antikorrupsiya adı altında keçrilən əməliyyatlarda şahzadə, nazir, məmur və iş adamlarının həbsi zamanı iştirak etdiyi bildirilir.
Yaradılan ordunun adı “Əl-Acrab qılıncı”dır.
Gununsesi.info