Səfirin xidməti avtomobili qəzaya düşdü - BAKIDA

  • Müəllif: admin
  • 12 İyun 2017 18:32

da30db26d850f6781e68848ba4d48b36

Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb. 

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi “Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil “Audi” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info