Azərbaycanlı aktrisaya təcili 10 min manat lazımdır - XƏRÇƏNG XƏSTƏSİ OLAN DAYISIOĞLU ƏMƏLİYYAT OLUNMALIDIR

  • Müəllif: admin
  • 12 İyun 2017 18:27

Rada Nesibova

Aktrisa Rada Nəsibovaya təcili olaraq 10 min manat lazımdır.

Gununsesi.info xəbər verir ki, yeniçag.az-a açıqlama verən aktrisa xərçəng xəstəsi olan qardaş əvəzi dayısıoğlunun əməliyyat olunması üçün imkanlı şəxslərə üz tutub.

“Ailəmiz çətin sınaq ərəfəsindədir. Mənə qardaşım əvəzi olan Asim dayımoğludur, amma birgə böyümüşük. Universiteti bitirib, çox gəncdir, amma amansız xəstəlik onu cənginə alıb. Üç-dörd günə üçüncü əməliyyat olunmalıdır. Bunun üçün 10 min manat lazımdır. Əgər əməliyyat geciksə, şiş beyninə yayılacaq. Ümidvaram ki, xeyirxah insanlar bizim ailəni tezliklə sevindirəcək”.

Gözyaşlarına hakim ola bilməyən aktrisa yaxşı insanların köməyi sayəsində dayısıoğlunun həyata qayıdacağına ümid edib.

Gununsesi.info