Tərk edilmiş şəhər və qəsəbələr - FOTOLAR

  • Müəllif: admin
  • 12 İyun 2017 18:19

7

Dünyada elə yerlər var ki, müəyyən dövrlərdə orada yaşayış olsa da sonradan həmin yerlər tərk edilərək tənha qalıb. Tərk edilmiş şəhərlər, qəsəbələr öz maraqlı və ecazkar görüntüsü ilə səyyah və fotoqrafların diqqətini çəkir, onları özünə cəlb edir.

Gununsesi.info dünyanın tərk edilmiş yaşayış ərazilərini təqdim edir.

 

“Shanzi” NUO evləri, Tayvan

1

Tayvanda inşa edilmiş bu evlər memarlıq nümunəsi baxımından olduqca maraqlıdır. 1978-ci ildə ölkəni bürüyən iqtisadi böhrandan sonar tikilmiş bu evlər baş verən mənfi hadisələr səbəbindən tərk edilərək, tamamilə kimsəsiz qalıb.

 

Chaiten qəsəbəsi, Çili

2

Bu qəsəbə 2008-ci ildə baş verən vulkan püskürməsi, bir müddət sonra isə çay daşması nəticəsində tərk edilib.

 

Rhyolit qəsəbəsi, Neva

3

Bir zamanlar yaşayış ərazisi olan bu qəsəbədə uzun zamandan bəri heç kim yaşamır. Rhyolitin ətrafında başqa tərk edilmiş qəsəbələr də var.

 

Dhanushkodi, Hindistan

4

Bir zamanlar mavi dənizi və ağ, isti qumsalı ilə turistlərin diqqətini çəkən bu qəsəbə 1968-ci ildə gələn qasırğa nəticəsində xarabazara çevrilib.

 

Kolmanskop, Namibiya

5

Namibiya çöllərinin ortasında yerləşən Kolmanskop mədəndə çalışan işçilərin şəhərciyi olub. İllər keçdikcə tənhalığa qərq olan şəhərcik artıq qumların altında itib-batıb.

 

Colorado St. Elmo

6

Qızıl və gümüş mədənçiliyi yaranıb inkişaf etdiyi dövrlərdə Colorado St. Elmo 2 min nəfərin yaşadığı şəhərcik olub. Sözügedən sahələrin bu bölgədə zəifləməsi ilə əlaqədar olaraq isə şəhərcik tamamilə boş qalıb.

 

Kayaköy, Türkiyə

7

Antik dövrlərdə Lebessos adı ilə tanınmış bu kənddə 1922-ci ilə qədər yaşayış olub. Anadolu rumları həmin dövrlərdə məhz burada məskunlaşıblar. Azadlıq müharibəsindən sonra Yunanıstanla bağlanan bir müqaviləyə əsasən, əhali mübadiləsi edilib. Nəticədə burada yaşayan Anadolu rumları Yunanıstandan gəlmiş türklərlə əvəz olunub. Lakin türklər şəraitə uyğunlaşa bilmədikləri üçün buranı tərk ediblər. Hazırda kənd tamamilə boşdur.

 

Pripyat qəsəbəsi, Ukrayna

8

Pripyat Çernobil Nüvə Stansiyasının yanında yerləşən ölü qəsəbədir.

 

Imber, İngiltərə

II Dünya müharibəsi dövründə boşaldılmış şəhərcik ingilis əsgərləri tərəfindən praktika keçmək və döyüşə hazırlaşmaq üçün bir ərazi kimi istifadə olunub.

 

Gununsesi.info