Şəhid ailəsi üzvləri həbsdən azadlığa buraxılır – Rəsmi

  • By admin
  • 25 Yanvar 2021 14:56

“Vətən Müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynləri, yaxın qohumlarının bir hissəsi azadlığa buraxılıb”.

Bunu Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, həmin şəxslərin sayı 30-dan çoxdur və dəqiq uçotu hazırlanıb: “Qanunun yol verdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qətimkan tədbiri dəyişdirilib, bir şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.

Gununsesi.org