Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatdı - VİDEO/FOTOLAR -YENİLƏNDİ

  • By admin
  • 30 Yanvar 2023 12:09

Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb.

Gununsesi.info xəbər verir ki, mərasim mərhumun Yasamaldakı evinin qarşısında keçirilib.

Şəhidimizin nəşi dəfn olunmaq üçün İkinci Şəhidlər xiyabanına aparılır.

12:20

Şəhid Orxan Əsgərovla vida mərasimi başlayıb.

Gununsesi.info xəbər verir ki, mərasim mərhumun yaşadığı evin həyətində keçirilir.

Vida mərasimində mərhumun yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

09:17

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidindən Yasamaldakı evinə aparılır.

Gununsesi.info xəbər verir ki, vida mərasimi mərhumun evində keçiriləcək.

Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.

Gununsesi.info