Şəhidin qardaşı intihar edib

  • By admin
  • 05 Sentyabr 2016 09:00

intihar_23e75646

Xaçmaz rayonunda intihar hadisəsi qeydə alınıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayon sakini Rəsulov Hikmət Aslan oğlu özünü asaraq öldürüb. İntiharın səbəbləri araşdırılır.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxs birinci Qarabağ müharibəsində şəhid olan İsmət Rəsulovun qardaşıdır.

Gununsesi.info