Millət vəkilləri Musa Qasımlı və Rafael Cəbrayılov Şəhidlər xiyabanında soyqırımı abidəsinin ucaldılmasını təklif ediblər.
Gununsesi.info xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında deputat M.Qasımlı bildirib ki, bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımları da özündə əks etdirməlidir.
O, deyib ki, Xocalı faciəsi ilə bağlı təbliğat işləri gücləndirilməlidir.
Deputat R.Cəbrayılov isə çıxışında deyib ki, Azərbaycan xalqı soyqırıma məruz qalan xalqdır:
“Təəssüflər olsun ki, soyqırımını özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur. Şəhidlər xiyabanı ziyarət edilir, bu, yaxşı addımdır. Sanki Xocalı soyqırımı bir qədər arxa planda qalır. Təklif eirəm ki, Şəhid xiyabanında soyqırımını özündə əks etdirən memorial kompleks salınsın”.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info











