Səhiyyə Nazirliyi: “Şirvan Mərkəzi Rayon xəstəxanasına 11 xəsarət almış şəxs çatdırılıb”

  • By admin
  • 26 İyul 2016 17:12

shir-1

 

Şirvanda baş vermiş partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Gununsesi.info-nun məlumatına görə, Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına 11 xəsarət almış şəxs çatdırılıb.

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

Təcili yardım briqadaları hadisə yerində işini davam etdirir.

Gununsesi.info