
Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən şahmat tacına iddiaçılar turnirində bu gün 9-cu turun oyunları keçiriləcək.
Gununsesi.info xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov budəfəki görüşündə erməni şahmatçı Levon Aronyanla qarşılaşacaq.
Qeyd edək ki, bu, tərəflərin turnirdəki 2-ci qarşılaması olacaq. İlk oyun heç-heçə ilə başa çatıb.
9-cu tur
Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan)
Uesli So (ABŞ) – Aleksandr Qrişuk (Rusiya)
Fabiano Karuana (ABŞ) – Dinq Liren (Çin)
Sergey Karyakin (Rusiya) – Vladimir Kramnik (Rusiya)
Turnir cədvəli: Karuana – 5,5 xal, Məmmədyarov – 5, Qrişuk – 4,5, Dinq – Liren 4, Kramnik, Karyakin – 3,5, Aronyan, So – 3
Gununsesi.info








