Şəkidə zibil yanan quyuya düşən 80 yaşlı qadın dünyasını dəyişib – YENİLƏNİB

  • By admin
  • 25 Dekabr 2017 22:54


Şəkidə zibil yanan quyuya düşərək ağır yanıq xəsarətləri alan 80 yaşlı qadın ölüb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq Xanım Soltanəliyeva axşam saat 19:30 radələrində aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.

***

19:11

Şəkidə 80 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 15:50 radələrində Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Abdulrəhim qızı Soltanəliyeva ağır yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 80 yaşlı X. Soltanəliyevanın Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisindəki fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri aldığı məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Soltanəliyevaya bədəninin 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır ikimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info