İsraildən olay yaradan addım – QÜDSDƏ 300 MİN EV İNŞA EDİLƏCƏK

  • By admin
  • 25 Dekabr 2017 22:45

Fələstinin Xarici İşlər Nazirliyi İsrailin işğal etdiyi Şərqi Qüds torpaqlarında 300 min yeni ev inşa etməsi ilə bağlı qurduğu plana sərt reaksiya verib.

Gununsesi.info xəbər verir ki, beynəlxalq mətbuat orqanları bu barədə xəbəri manşetdən yayımlayıb.

İsrail hökumətinin rəsmi açıqlamasında da xəbərin düzgünlüyü təsdiqlənib.

Fələstin hökuməti İsrailin atdığı bu addımı sərt şəkildə tənqid edib və bunu ABŞ-ın yeni planı kimi qiymətləndirib.

Gununsesi.info