“Şəkil çəkənlərin” sayı durmadan artır - tanınmış şair “söz qəssabları”na qəzəbləndi

  • By admin
  • 08 İyul 2016 12:15

mirza

 

“Təkcə FB-də bir şeirimin 30-dan çox dublikatı ilə qarşılaşmışam. Məndən sonra “şəkil çəkənlərin” sayı durmadan artır”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış şair, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb. O, yazıb ki, ədəbiyyatda söz və ideya qıtlığı yaşanır. “Hörmətli, söz qəssabları, sözü paramparça etdikdən sonra “cəsəd”in qalıqlarını təmizləməyi unutmayın”-deyə, o, sonra qeyd edib.

Gununsesi.info