“Hürriyət”dən növbəti yanlışlıq - Bu dəfə "KƏPƏZ"i səhv saldı

  • By admin
  • 08 İyul 2016 12:21

huriyyet

 

Türkiyə mətbuatı kobud səhvə yol verib. Gununsesi.info Türkiyənin Hürriyət qəzetinə istinadən xəbər verir ki, qonşu ölkənin bəzi idman portalları “Kəpəz”i Ermənistan klubu kimi təqdim edib.

Yanlışlığa yol verən mətbuat orqanları arasında “Hürriyet” və “Lig TV” kimi tanınmış media qurluşları var. Avropa Liqasında dünən baş tutan I təsnifat mərhələsinin oyunlarının nəticələrinin yayımlandığı xəbərdə “Kəpəz”in qarşısında Ermənistan sözü yazlıb.

Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova “Daçiya”sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, mərhələ adlayıb.

 

Gununsesi.info