Şəmirdəki 4 nəfərin ölümünə səbəb olan dəhşətli qəzadan - ÖZƏL FOTOLAR

  • By admin
  • 17 İyun 2016 13:19

 Shamkir Qeza 0

Şəmkirdə axşam saatlarında dəhşətli yol qəzası baş verib. Gununsesi.info-nun hadisə yerində olan əməkdaşının  verdiyi məlumata görə, qəza Bakı Qazax magistral yolunun Şəmkirin  Könüllü kəndi ərazisində baş verib. Gəncə şəhər sakini 35 yaşlı İntiqam Muxtarovun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Şəmkir rayonunun Yeni həyat kənd sakinlərinin 58 yaşlı İntizam Həsənovun idarə etdiyi Vaz2106 markalı avtomobillə toqquşub. Qəza zamanın “Vaz 2106”ın sürücü İntizam Həsənov və sərnişinləri 56 yaşlı həyat yoldaşı Rəna Həsənova, 33 yaşlı gəlini Aynur Həsənova və 36 yaşlı qızı Xanim Bayramova vəfat ediblər.Avtomobildə olan digər sərnişinlər İntizam Həsənovun oğlu 35 yaşlı Ramin Həsənov , onun oğlu 11 yaşlı Royal və İntizam Həsənovun 20 yaşlı nəvəsi Vahid Bayramov müxtəlif dərəcəli bədən xəsaərləri alaraq Şəmkir rayon mərkəzi xəstəxanası yerləşdirilib. Vahid Həsənov və qəzada yüngül xəraət alan digər nəqliyyat vasistəsinin sürücüsü İntiqam Muxtarov Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Məlumata görə İntizam Həsənov ailəsi ilə birlikdə özlərinə məxsus soğan sahəsindən qayıdırlarmış. Qəzaya səbəb isə “Vaz 2106” nın sürücüsünün anidən digər nəqliyat vasitəsinin yoluna çıxması olduğu deyilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdaərsində araşdırma aparılır.

Gununsesi.info

 

Shamkir Qeza 1

 

Shamkir Qeza

 

Shamkir Qeza 5

 

Shamkir Qeza 6

 

Shamkir Qeza 9

 

Shamkir Qeza 7