Şəmkirdə ağır qəza: ölən və yaralananlar var

  • Müəllif: Firuzə
  • 24 Fevral 2026 19:29

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 17:00-da Qasımallar kəndi ərazisində qeydə alınıb.

1953-cü il təvəllüdlü Gədəbəy sakini Fəxrəddin Məmmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində VAZ-ın sürücüsü həyatını itirib, daha iki nəfər xəsarət alıb. Onların kimlikləri müəyyənləşdirilir.

Hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu, araşdırma aparıldığı bildirilib.

Gununsesi.info