Şəmkirdə silahdan atəş açıldı: xəsarət alan var

  • By admin
  • 21 Mart 2022 12:51

Şəmkirdə silahdan atəş açılıb, xəsarət alan var.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y.Məhərrəmov saxlanılıb, ondan “İJ” markalı ov tüfəngi götürülüb.

Gununsesi.info