Ukraynalı aktyor döyüşlərdə öldü

  • By admin
  • 21 Mart 2022 13:02

Ukraynalı aktyor və səs rejissoru Pavlo Yeremenko bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin Çerniqovu bombalaması nəticəsində dağıntılar arasında qalaraq həlak olub.

Gununsesi.info xəbər verir ki, aktyor Çerniqovdakı Qaqarin adına stadionu mühafizə edib.

“Pavlov Yeremenko ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Çerniqovda işıq da yox idi. Kompüter tomoqrafiyası etmək mümkün olmadı. Əməliyyat lazım idi, amma vaxtımız yox idi. Hələ də inana bilmirəm” – deyə sənətçinin dostu bildirib.

Qeyd edək ki, Pavlo Yeremenko Ukraynada müharibənin ilk günlərindən sevgilisi Oksana və atası ilə birlikdə ölkənin müdafiəsinə qoşulmuşdu.

Gununsesi.info