400 mindən çox insanı maraqlandıran xəbər – SƏNƏDSİZ EVLƏRİN MƏSƏLƏSİ BU TARİXDƏ HƏLL EDİLİR

  • By admin
  • 16 Yanvar 2020 17:43

İşlər aprel ayına qədər tamamlanacaq

“Bakı şəhərində 163 000 sənədsiz daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşdırılıb. Digər şəhər və rayonlarda 74 600 sənədsiz daşınmaz əmlak aidiyyatı yerli komissiyalar tərəfindən araşdırılıb. Ümumilikdə, Bakı şəhəri də daxil olmaqla respublika üzrə 57 rayon və şəhərdə işlər aparılıb”.

Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov isə daşınmaz əmlakın sənədləşməsindən danışarkən bildirib.

Onun sözlərinə görə, bu işlər aprel ayına qədər tamamlanacaq: “Ondan sonra müvafiq materiallar Prezident Administrasiyasına təqdim olunacaq və tikililərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”.

Rüstəm Şahbazov qeyd edib ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərinə və infrastruktur sahələrinin mühafizə zolaqlarına düşməyən tikililərə aiddir.

Qeyd edək ki, son vaxtlarda mətbuatda bir sıra ictimai fikir adamları və mütəxəssislər tərəfindən 163 min sənədsiz evin taleyi ilə bağlı suallar səsləndirilmişdi. Ekspertlər qeyd edirdilər ki, sənədsiz evlərlə bağlı məsələ 400 mindən artıq  insanı maraqlandıran məsələdir.

Gununsesi.org