Şənbə-bazar ölkədə 200-dən çox cinayət baş verib

  • Müəllif: admin
  • 21 Yanvar 2019 10:29

Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

Gununsesi.org-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə  yanvarın 19 və 20-də ölkədə 208 cinayət faktı qeydə alınıb, onların da 51-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.