Sərdar və xanımı dedi-qodulara belə son qoydu: "Dünyaya qarşı biz"

  • By admin
  • 20 Aprel 2018 20:44


Müğənni Sərdar Ortaç və model xanımı Xloe Louqnan yeni paylaşımları ilə ayrılıq xəbərlərinə son qoyublar.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Sərdar 2 həftədir Mayamidə olan xanımının yanına gedib. Cütlük İnstaqram səhifəsində bərabər çəkdirdikləri fotolarını yerləşdiriblər.

Xloenin Sərdarı öpən yerdə çəkilmiş şəklinə model “Dünyaya qarşı biz, aşkım”, müğənni isə “Sonunda xanımımı da əsəbiləşdirdilər” qeydini yazıblar.

Qeyd edək ki, bir müddət əvvəl Louqnanın ərəb şeyxinin oğlu ilə hər gün restoran və barlarda əyləndiyi xəbərləri yayılmışdı. Sərdar da məlumatı təsdiqləyərək xanımının ərəb şeyxinin oğlunun da iştirak etdiyi 20 nəfərlik iş görüşməsində görüntüləndiyini bildirmişdi.

Xatırladaq ki, Xloe Mayamiyə tanqalı bikini kataloq çəkilişləri üçün yollanıb. O, İnstaqram səhifəsində tez-tez seksual pozlarda fotolar paylaşır.

 

Gununsesi.info