“Sərkisyan aprel döyüşlərindən gizlənmək üçün özünə siçan deşiyi axtarırdı…” - QÜDRƏT HƏSƏNQULİYEV

  • Müəllif: admin
  • 29 Noyabr 2016 12:22

qudret

“Sərkisyan aprel döyüşlərində gizlənmək üçün özünə siçan deşiyi axtarırıdı, amma Moskvada siçan deşiyi tapandan sonra bizə meydan oxumağa başlayıb”.

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, Ermənistan indi Rusiyanın ona verdiyi “isgəndər” raketinə arxalınb bizə qarşəı belə “cəsarətlə” çıxış etməyə vadar edir.

Millət vəkili deyib ki, Azərbaycan rusiya ilə münasibətlərin yaxşılaşdırlmasının tərəfdarıdır və mən də dəfələrlə bəyan etmişəm ki, Rusiya ilə münasibətlərimizi inkişaf etdirməliyik. “Amma o da bəllidri ki. Qarabağ münaqişəsinin həllində rusiya vasitəçi olduğu kimi, bu ölkənin də arxasında dayanan elə Rusiyadır. Rusiya Ermənistan münasibətlərinin bu səviyyəsi Rusiya Azərbaycan münasibətlərinə uyğun gəlmir. Necə ola bilər ki. Rusiya Azərbaycan münasibətləri strateji tərfdaşlıq səviyyəsində olduğunu bəyan edilasə də, reallıq bunun əksini sübut edir”- deyə, o bildirib.

Q.Həsənquliyev bildirib ki, ona görə də Rusiya açıq müraciət edərək münasibətlərə aydınlıq gətirməliyik. “Əgər Rusiya Azərbaycanla münasibətlərini həqiqətən strateji tərəfdaşlıq münasibətində qurmaq isətyirsə, oz aman qarabağ münaqişəsində obyektiv və bitərəf müöbvqe nümayiş etdirməldir. Belə olamayacaqsa, ozaman Rusiya Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır”.

Deputat bildirib ki, Rusiya Azərbaycana qarşı münasibətini dəyişməzsə, o zaman Azərbaycan İsrail, Pakistan və digər ölkələrlə danışqılar apararaq müttəfiqlik münasibətlərini qurmalıdır.

Mürtəza

Gununsesi.info