Sərkisyan Tiflisin qəbul etmədiyi səfirə iş tapdı

  • By admin
  • 17 Noyabr 2017 20:09


Erməni politoloq Sergey Minasyan Ermənistanın Rumıniyadakı səfiri təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə əmri Ermənistan Prezidenti Serj Sərkisyan verib.

Qeyd edək ki, bundan öncə İrəvan Minasyanı Gürcüstana səfir təyin etmək istəsə də, rəsmi Tiflis buna etiraz etmişdi. Gürcüstan rəhbərliyi Minasyanı Rusiyanın adamı adlandıraraq, onun Tiflisdə İrəvanın siyasətini yeritməyəcəyini bildirmişdi. Ermənistan isə Minasyanın əvəzinə Tiflisə səfir kimi keçmiş nəqliyyat naziri Qagik Beqlaryanın xaç oğlu Ruben Sadoyanı göndərmişdi.

Gununsesi.info