Sərnişin təyyarəsi təcili eniş etdi

  • By admin
  • 29 Oktyabr 2017 22:54

ABŞ-ın “American Airlines” aviaşirkətinə məxsus təyyarə Kanadanın Stivenvil şəhərində təcili eniş edib.

Gununsesi.info xəbər verir ki, Milan-Mayami reysi ilə uçan təyyarənin göyərtəsində 287 sərnişin və 14 ekipaj üzvü olub.

Məlumata əsasən, uçuş zamanı “Boeing 777”-də pilotların kabinəsində şüşə çatlayıb.

Hadisə nəticəsində zərərçəkən olmayıb. İnsidentin səbəbləri araşdırılır. Sərnişinlər  digər təyyarə ilə Mayamiyə göndərilib.

Gununsesi.info