Çin məşhur dünya brendini satın aldı

  • By admin
  • 29 Oktyabr 2017 23:01

Bundan əvvəl Lotus Malaziyanın Proton şirkətinə aid idi. Lakin, hal-hazırkı sövdələşmədən sonra səhmlərin 51%-i Zhejiang Geely holdinqə, qalan 49% isə Etika Automotive şirkətinə məxsusdur. Jan-Mark Jale icraçı baş direktor postununu qoruyub saxlayıb, lakin şirkətin yeni direktorlar şurasına üç Geely və iki Etika Automotive nümayəndəsi daxil edilib.

Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, Lotus şirkəti 1952-ci ildə Entoni Kolin Brüs Çapman tərəfindən təsis edilib. 1982-ci ildə Çapman ürək çatışmamazlığından sonra dünyasını dəyişir, marka isə General Motors tərəfindən satın alınır. 1993-cü ilin yayında amerikalılar tanınmış sportkar istehsalçısını 30 milyon dollar qarşlığında A.C.B.N. Holdings S.A. holdinqə satırlar.

1996-cı ildə səhmlərin nəzarət paketini Malayziyanın Perusahaan Otomobil Nasional Bhd (Proton) konserni əldə edir. 2012-ci ildə isə həm Proton, həm də Lotus şirkətinin nəzarəti DRB-Hicom korporasiyasına keçir.

Gununsesi.info