Yuşşenko Saakaşvilini təriflədi - "O POROŞENKOYA SARI KART GÖSTƏRDİ"

  • By admin
  • 29 Oktyabr 2017 23:10

“Ukrayna Prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin dediklərinə qulaq asmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu “Reç Pospolita” qəzetinə müsahibəsində Ukraynanın eks-prezidenti Viktor Yuşşenko  söyləyib.
“Ukrayna prezidenti gərək etirazçılarla hesablaşmağı bacarsın. Belə bir deyim var, əgər lider olmaq istəyirsənsə, gərək hər kəsin qulluqçusu olasan. Saakaşvili Ukrayna hakimiyyətinə sarı kart göstərdi. Məhz bunun sayəsində hökumət məsuliyyətli olub”, – o bildirib.
Gununsesi.info