50 yaşlı kişini bıçaqladılar

  • By admin
  • 29 Oktyabr 2017 23:33

Gəncədə bıçaqlanma olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, 1967-cü il təvəllüdlü Həsənov Rövşən Süleyman oğlu qarın nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. R.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info