Şərqi Aralıq dənizidə nə qədər neft-qaz var? - HESABAT

  • By admin
  • 21 Noyabr 2022 12:01

Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Mərkəzi  Şərqi Aralıq dənizi ilə bağlı əhəmiyyətli bir araşdırma dərc edib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərdə bu barədə deyilir.

Yeni hesabata görə, Şərqi Aralıq dənizində 1,7 milyard barel neft və 3,5 trilyon kubmetr təbii qaz ehtiyatının olduğu təxmin edilir.

Sənəddə deyilir ki, İtaliyanın ENI firması Şərqi Aralıq dənizində ilk qazı tapıb: “O andan diqqət bu bölgəyə yönəldi”.

Hesabata görə, təxmini ehtiyatlar dünyanın enerji balanslarını tamamilə dəyişmək üçün kifayət etmir, lakin Ukrayna böhranının yaratdığı enerji böhranı səbəbindən Şərqi Aralıq dənizindən çıxarılacaq qaz region ölkələrinə bir qədər nəfəs ala bilər.

“Bununla belə, mövcud kontinental şelf problemləri və Türkiyəni istisna edən Şərqi Aralıq dənizi Qaz Forumu kimi addımlar bölgədəki böhranı dərinləşdirir” deyə hesabatda vurğulanır.

 

Tərcümə:

Arzu