Səudiyyə Ərəbistanı neftin qiymətini artırır

  • By admin
  • 06 İyul 2020 12:28

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco” avqustda neftin qiymətini artıracaq.

Gununsesi.org bildirir ki, Gazeta.ru-nun xəbərinə görə, bu barədə şirkətdən məlumat verilib.

Asiya üçün bütün neft növlərinin qiymətləri hər barel üçün bir dollar həcmində yüksəldiləcək. Nəticədə, “Arab Light” markası Oman və Dubayın neft səbətindən 1,2 dollar baha olacaq.

Şimal-Qərbi Avropa yüngül neftin hər barelini dörd dollar, Amerika isə 0,6 dollar baha almalı olacaq.

Gununsesi.org