Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək

  • Müəllif: admin
  • 03 Mart 2018 16:25


Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.

“Report” TASS-a istinadən xəbər verir ki, marafon 2018-ci ilin aprel ayında Məkkədə bağlı məkanda baş tutacaq.

“İlk marafonda mümkün qədər çox qadının iştirak etməsi üçün hər şeyi etməyə çalışacağıq. Belə tədbirin təşkilatçıları sırasında olmaq böyük məsuliyyətdir”, – deyə qaçışın baş tutacağı zalın sahibi olan “Əl-Vahda” klubunun prezidenti Əhməd Teyib bildirib.

Qeyd edilir ki, marafonda 18 yaşdan yuxarı qadınlar iştirak edə biləcəklər. Qaliblərə mükafatlar təqdim olunacaq.

Bu ölkədə qadınlar arasında açıq havada ilk marafon isə 2019-cu ildə keçiriləcək.

 

Gununsesi.info