Səudiyyə Ərəbistanında yenilik: evli olmayan cütlük də otel otağı kirayələyə biləcək

  • By admin
  • 06 Oktyabr 2019 16:25

Səudiyyə Ərəbistanında artıq evli olmayan cütliklər də otellərdə eyni otaqda qala biləcəklər.

Gununsesi.org xəbər verir ki, BBC-nin yaydığı məlumatda belə deyilir.

Həmin qərar Krallıq hökuməti tərəfindən açıqlanan yeni viza rejimi çərçivəsində qəbul olunub.

Bundan başqa artıq qadınlara da mehmanxanalarda sərbəst şəkildə nömrə sifariş etmək hüququ verilib.

Əvvəlki qaydalara görə, otelə gələn cütlüklər nikah şəhadətnaməsini də otel administrasiyasına təqdim etməyə borclu idilər. İndi belə tələb yalnız Səudiyyə Ərəbistanı vətəndaşlarına şamil olunur.

“Səudiyyəli qadınlar da müvafiq şəxsiyyət vəsiqəsini təqim etməklə otellərdə sərbəst şəkildə qala bilərlər”, – deyə Krallıq Turizm və milli irs komissisyasından verilən məlumatda məsələyə açıqlıq gətirilib.

Artıq qanunlar turistlərə bədənlərinin hər yerini örtmək öhdəliyini qoymur, buna rəğmən onlara geyimdə ədəb qaydalarına riayət etmək tələbi irəli sürülür.

Yasaq altında dəyişməz qalan tək şey spirtli içkilərlə bağlıdır.

 

 

Gununsesi.org