Səudiyyə Ərəbistanının şahzadələrinin saxlanıldığı hoteldən REPORTAJ

  • Müəllif: admin
  • 28 Noyabr 2017 12:54

Səudiyyə Ərəbistanının 5 ulduzlu Ritz-Carlton otelində hazırda Səudiyyənin ən varlı 200 şəxsi həbs olunaraq saxlanılır.

Gununsesi.info xəbər verir ki, BBC şahzadələrin saxlandığı həmin hoteldən reportaj hazırlayıb.

BBC-nin verdiyi məlumata görə, rəsmilərdən icazə almadan otelə girmək mümkün deyil. Oteldən reportaj hazırlayan BBC əməkdaşlarına orada saxlanılan şəxslərin səsli yazısını və onların üz simasını çəkmək qadağan edilib.

Bir neçə saat ərzində oteldə olan BBC əməkdaşları ciddi nəzarət altında reportaj hazırlamalı olub. Burada saxlanılan insanlar ancaq qrup halında toplanaraq başlarını qaldırmadan sakit formada fısıldaşaraq danışırlar. Sükutu pozan təkcə çay fincanlarıdır.

Adının çəkilməsini istəməyən prokurorluq orqanının əməkdaşı deyib ki, saxlanılanların bəzilərinin qaçacağı ehtimalı olduğundan, onlar oteldə ciddi nəzarət altındadırlar.

Prokurorluq orqanının əməkdaşı onu da bildirib ki, burada saxlanılan hər bir şəxs barəsində dosye var: “Burada hər bir şəxs haqqında dosye hazırlanıb. Son iki ildə vəliəhd Mühəmmədin rəhbərliyi altında bir qrup məxfi halda araşdırma aparıb və hazırlanan sənədə əsasən adıçəkilən şəxslər saxlanılıb.

Oteldə saxlanılanlara həkim dəstəsi xidmət göstərir. Həkimlərdən biri deyib ki, yaşadıqları bir kabusdur.

Gununsesi.info