Səudiyyə Almaniya ilə əlaqələri dondurdu – Şok qərar

  • By admin
  • 27 May 2018 14:35
Səudiyyə Ərəbistanı Almaniyanın Yaxın Şərq siyasətinə etiraz əlaməti olaraq alman şirkətləri ilə münasibətləri dondurmaq və bundan sonra sifariş verməmək qərarı qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.

Nəşrin məlumatına görə, vəliəhd artıq bu barədə hökumətə lazımi göstərişləri verib. Ər-Riyadın bu qərarının “Simens”, “Bayer” və “Boehringer” kimi şirkətlərə təsir göstərəcəyi bildirilir.

Ər-Riyad və Ciddədə ictimai nəqliyyat xidməti üçün yüzlərlə “Mersedes” markalı avtobus sifarişi alan Almaniyanın avtomobil şirkəti “Daimler”in də qərardan zərər görəcək şirkətlər sırasında olduğu qeyd olunub.