S-400-lərin tədarükünə dair müqavilənin detalları açıqlanıb

  • By admin
  • 16 Sentyabr 2017 12:48

s--400

Rusiya və Türkiyə arasında S-400 “Triumf” zenit raket sistemlərin tədarükü haqqında imzalanan sazişin detalları açıqlanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, S-400 “Triumf” zenit raket sistemlərin tədarükü haqqında müqavilə Qurban Bayramından öncə imzalanıb.

Belə ki, müqavilə Rusiya prezidenti Vladmir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan iki raket batareyası alacaq. Türkiyəyə ilk batareyanın tədarükü 2018-ci ildə həyata keçiriləcək. Sonra növbəti, yəni ikinci raket batareyasının alınması dair danışıqlar aparılacaq.

Xatırladaq ki, bir çox hərbi ekspertlər S-400 zenit qurğusunu Putinin ən ölümcül silahlarından biri kimi xarakterizə edirlər. Raketin mərmi sistemi havadan gələ biləcək bütün təhlükələri yox etmək üçün hazırlanıb. S-400 Triumf zenit-raketi elə hazırlanıb ki, nəinki mövcud texnologiya, hətta gələcəkdə inkişaf etdiriləcək texnologiyalar ilə hazırlanacaq qurğuları zərərsizləşdirmək qabiliyətinə malikdir.

2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan və Rusiyanın Almaz Ante Dizayn Bürosu tərəfindən inkişaf etdirilən S-400 Triumf raketi özünəməxsus xüsusiyyətlərə malikdir. S-400 Triumfdan zərbə açıldığı an raket 4800 saniyədə hədəfinə çata bilir. 30 min metr hündürlükdə işləyə və beş dəqiqədə yerləşdirilə bilən S-400 raketi 400 kilometrlikdəki hədəfi tam zərərsizləşdirmək qabiliyyətinə malikdir. Raketdən atılan mərmilər 1800-1900 kiloqram ağırlığına malikdir və ölümcül təsiri var.

Anar

Gununsesi.info